24.7 +994 (70) 842-00-11

BakuMarket.az internet mağazasının xidmətlərindən istifadə şərtləri.

Terminlər:

Alıcı – https://bakumarket.az saytında Sifraiş yerləşdirən, və ya Malı qəbul edən şəxs qismində göstərilən, və ya https://bakumarket.az saytında pul ilə alınmış Malları sahibkar fəaliyyətini həyata keçirməklə bağlı olmayan, yalnız şəxsi, ailə, ev və digər ehtiyaclar üçün istifadə edən hüquq səlahiyyəti olan fiziki şəxsdir.

Satıcı – Fiziki şəxs Cəlilov Səməd Qiyas oğlu, Vergilər Nazirliyində qeydiyyat №-si (VÖEN) 6600208772.

İnternet mağaza – internet şəbəkəsində https://bakumarket.az ünvanı olan, Satıcıya məxsus internet saytıdır. Həmin saytda Satıcı tərəfindən Alıcılara  Sifarişlərin rəsmiləşdirilməsi üçün təklif olunan Mallar, və həmçinin ödəniş və çatdırma şərtləri təqdim edilib.

Sayt – https://bakumarket.az

Mal – Azərbaycan Respublikasının qanunları ilə satış üçün icazə verilmiş, mülki dövriyyədən müsadirə olunmayan və Saytda satış üçün təqdim olunan maddi aləmin obyektidir. 

Sifariş – Alıcı tərəfindən, göstərilən ünvana çatdırmaq üçün lazımi qaydada rəsmiləşdirilmiş, Saytda seçilmiş Malların siyahısı barəsində Alıcının sorğusudur.

Çatdıma xidməti – Satıcıya, müqavilə əsasında, Sifarişlərin Alıcılara çatdırma xidmətini təqdim edən üçüncü şəxsdir. 

 1. Ümumi müddəalar.

 1.1. Saytın administratoru Satıcıdır.

 1.2. İnternet mağaza vasitəsi ilə Malları sifariş etdikdə, Alıcı aşağıda izah olunan https://bakumarket.az internet mağazasından istifadə şərtləri ilə razı olduğunu bildirir.

 1.3.Hazırki Qaydalar, həmçinin Saytda təqdim edilmiş Mal haqqında məlumat, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (sonradan AR MM) 408-ci maddəsinə uyğun ictimai ofert təşkil edir.

1.4. Satıcı və Alıcı arasında münasibətlər AR MM pərakəndə alış-veriş haqqında müddəalarla (§ 3), və həmçinin AR-nın "İstehlakçıların hüquqularının müdafiəsi haqqında" 19.09.1995-ci il tarixli 1113 №-li Qanunla və onlar əsasında qəbul edilmiş digər hüqüqi aktlarla tənzimlənir.

1.5. Satıcı hazıki Qaydalara dəyişikliklərin aparılması hüququnu özündə saxlayır, Alıcı isə bu dəyişikliklərin izlənilməsini öhdəsinə götürür.

1.6. Alıcı Sifarişinin sonuncu mərhələsində "Sifarişin rəsmiləşdirilməsi" düyməsinə basmaqla Qaydalarla razı olduğunu bildirir.

2. Saytda Qeydiyyat.

2.1. Sifarişi Saytda qeydiyyatdan keçməklə rəsmiləşdirmək mümkündür.

 2.2. Satıcı Alıcı tərəfindən daxil edilmiş məlumatın dəqiqliyi və düzgünlüyü barədə heç bir məsuliyyət daşımır. 

2.3. Satıcı qeydiyyat zamanı ona təqdim edilmiş loqin və parolu üçüncü şəxslərə ötürülməməsini öhdəsinə götürür. Alıcı onun loqin və parolun təhlükəsizliyinə və ya onların üçüncü şəxslər tərəfindən qanunsuz istifadəsi barədə şübhələndiyi zamanı, dərhal Satıcıya bu barədə  info@bakumarket.az əlaqə elektron ünvanına elektron məktubu göndərməklə məlumat verməyi öhdəsinə götürür. 

3. Sifarişin rəsmiləşdirilməsi və icra müddətləri.

3.1. Alıcının Sifarişi aşağıda göstərilən üsullarla rəsmiləşdirilə bilər:

telefon vasitəsi ilə və ya müstəqil olaraq Saytda Alıcı tərəfindən.

3.2. Sifarişin rəsmiləşdirilməsi zamanı Alıcı aşağıda göstərilən məlumatı təqdim etməlidir:

3.2.1. Sifarişi qəbul edən və ya Alıcının S.A.A..

3.2.2. Sifarişin çatdırma ünvanı.

3.2.3. Əlaqə telefonu.

3.2.4. Elektron poçtunun ünvanını.

3.3. Sifarişi rəsmiləşdirdikdən sonra Alıcıya gözlənilən çatdırma müddəti barədə məlumat təqdim olunur. Göstərilən müddət sifariş olunan Malın anbarda mövcudluğundan, Sifarişin emal olunması üçün lazım olan müddətdən, çatdırma ünvanından asılıdır. 

Sifarişin gözlənilən çatdırma müddəti Sifarişin Saytda rəsmiləşdirilməsi zamanı Alıcıya təqdim edilir. Alıcı tərəfindən Sifarişin qəbul edilməsi vaxtı çatdırma ünvanından, seçilmiş Çatdırma Xidmətindən və birbaşa Satıcıdan asılı deyil.

3.4. Əgər Satıcının anbarında sifariş olunan Malın tələb olunan sayı olmadıqda, Satıcı bu barədə Alıcını elektron məktubun və ya zəngin vasitəsi ilə xəbərdar edir. Alıcı Satıcıda mövcud olan sayda Malı qəbul etmək və ya Sifarişdən həmin Malın ləğv etmək hüququna malikdir. Əgər Satıcı Alıcının cavabın 2 gün ərzində qəbul etməsə Satıcı həmin Malın Sifarişdən ləğv edilməsi hüququna malikdir. 

3.5. Əgər Alıcı tərəfindən rəsmiləşdirilmiş və qəbul edilməmiş digər Sifarişlər varsa - Satıcı müqavilənin bağlanmasından və Sifarişin rəsmiləşdirilməsindən imtina edə bilər.

3.6. Saytda təqdim edilmiş bütün məlumat materialları sorğu xarakteri daşıyır və Malın rəngi, ölçüləri və formaları daxil olmaqla tam olaraq onun xüsusiyyətləri və xassələri barədə tam həcmdə doğru məlumatı ifadə etməyə bilər. Alıcının Malın xüsusiyyətləri və xassələri barədə sualları yarandıqda, o, Sifarişi rəsmiləşdirmədən öncə Satıcıya müraciət etməlidir. 

4. Çatdırma.

4.1. Çatdırma üsulları Saytın "Malın çatdırılması" bölməsində göstərilib. 

4.2. SatıcıSaytda göstərilən çatdırma müddətlərinə əməl etmək məqsədi ilə, əlindən gələn bütün qüvvəsindən istifadə edəcək, buna baxmayaraq Satıcının təqsiri olmayan gözlənilməyən şəraitləri nəzərə alaraq çatdırma üzrə ləngimələr mümkündür. 

4.3. Malın təsadüfi məhv olunması və ya zədələnməsi riski Mal Çatdırma Xidmətinə təhvil veriləndən sonra Alıcıya keçir. Çatıdrma Xidmətindən Sifarişin itirilməsi barədə təsdiq edən məlumat daxil olduqdan sonra, Satıcı Sifarişin və çatdırmanın Alıcı tərəfindən Satıcıya əvvəlcədən ödənilmiş məbləği geri qaytarır. 

4.4. Hər bir Sifarişin çatdırma qiyməti, onun çəkisindən, çatdırma ərazisindən və üsulundan, ödəniş formasından asılı olaraq Saytda Sifarişin rəsmiləşdirilməsinin son mərhələsində göstərilir. 

4.5. Çatdırma zamanı Sifariş Alıcıya və ya Sifarişdə qəbul edən şəxs qisminə göstərilənə təhvil verilir. Nəğd hesablaşma üzrə rəsmiləşdirilmiş sifarişi yuxarıda göstərilən şəxslər tərəfindən qəbul etmək imkanı olmadıqda, Sifariş sifariş haqqında məlumatı (göndəriş nömrəsi və/və ya Alıcının SAA) təqdim edə bilən və dəyərini Sifarişi təhvil verən şəxsə tam həcmdə ödəyə bilən şəxsə təhvil verilir. 

4.6. Fırıldaq halların qarşısını almaq üçün, və həmçinin 4.5. maddəsingə göstərilən öhdəliklərin icra edilməsi üçün, qabaqcadan bir qismi ödənilmiş Sifarişin təhvil verilməsi zamanı çatdırmanı edən şəxs Sifarişi qəbul edən şəxsdən şəxsiyyətini təsdiq edən sənədi tələb etmək, və həmçinin Sifarişi Qəbul edən şəxs tərəfindən təqdim edilən sənədin növünü və nömrəsini Sifariş qəbzində qeyd etmək hüququna malikdir. 

4.7. Satıcı tərəfindən Sifarişin Çatdırma xidmətindən Alıcıya çatdırılması müddətləri məhduddur və Sifarişin rəsmiləşdirilməsi zamanı Çatdırma üsulunu seçdikdə göstərilir. 

4.8. Sifarişin 4.7. maddəsində göstərilən müddətdə qəbul etməmə, Alıcı tərəfindən alqı-satqı müqaviləsindən imtina edilməsi kimi hesab edilir və Sifarişin Satıcı tərəfindən ləğv edilməsi üçün əsasdır. Əgər qəbul edilməyən Sifarişin məbləğinin bir qismi qabaqcadan ödənilmişdirsə, onda qəbul edilmiş qabaqcadan ödəniş məbləği malın daşınma xərcləri çıxılaraq Alıcıya qaytarılır.

4.9. Satıcı Çatdırma xidməti tərəfindən çatdırma müddətinin artırılması üzrə heç bir məsuliyyət daşımır. Çünki bu hal birbaşa Satıcıdan asılı deyil. 

5. Malın ödənişi.

5.1. Malın qiyməti saytda göstərilir. Əgər Alıcının sifariş verdiyi Malın qiyməti düzgün göstərilməyibsə, onda Satıcı bu haqda Sifarişin təsdiqi və ya Sifarişin ləgv edilməsi üçün mümükün qədər tez Alıcını məlumatlandırır. Əgər Alıcı ilə əlaqə yaratmaq mümkün olmadıqda Sifariş ləğv olunmuş hesab edilir. Əgər Sifarişin məbləği ödənilmişdirsə, onda Satıcı Sifarişin ödənilmiş məbləğini Alıcıya qaytarır. 

5.2. Malın saytdakı qiyməti Satıcı tərəfindən birtərəfli qaydada dəyişilə bilər (aksiyalar, endirimlər və s.). Bu halda Alıcı tərəfindən sifariş olunmuş Malın qiyməti dəyişilmir. 

5.3. Malların qabaqcadan ödənişi zamanı Sifariş yalnız Alıcının pul vəsaitləri Satıcının hesablaşma hesabına daxil olduqdan sonra emal edilir. 

5.4. Bank kartları ilə Mallar üzrə ödənişlərin xüsusiyyətləri.

5.4.1. Azərbaycan Respublikasının Mərkəzi Bankının 10.07.2012-ci il tarixli "Bank kartlarının emissiyası və bank kartlarından istifadə qaydaları haqqında" 16/3 nömrəli qaydalara əsasən bank kartları ilə əməliyyatlar kart sahibi və ya onun müvəkkili tərəfindən aparılır. 

5.4.2. Bank kartları ilə ödəniş qaydaları Malların ödənişi bölməsində saytda göstərilib.

5.4.3. Bank kartları üzrə əməliyyatların avtorizasiyası bank tərəfindən icra edilir. Əgər bank tərəfindən əməliyyatın fırıldaq xarakterli olduğunu güman etməyə əsas olarsa, onda bank həmin əməliyyatdan imtina etmək hüququna malikdir. Bank kartları ilə fırıldaq əməliyyatları Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 205-ci maddəsinin təsirinə düşür.

5.4.4. Ödəniş zamanı bank kartlarından müxtəlif növ qanunsuz istifadəsini yol verməmək üçün, Saytda rəsmiləşdirilən və bank kartı ilə ödənilən bütün Sifarişlər Satıcı tərəfindən yoxlanılır. Beynəlxalq ödəniş sisteminin Qaydalarına əsasən kart sahibinin şəxsiyyətini təsdiq etmək və onun kartdan istifadə etmək hüququna malik olduğunu yoxlamaq məqsədi ilə həmin sifarişi rəsmiləşdirən Alıcı Satıcının əməkdaşı tərəfindən daxil olan sorğusu üzrə bank kartının sahibinin şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin surətini, və həmçinin bank kartının hər iki tərəfinin (kartın son dörd rəqəmini saxlayaraq digər nömrələri bağlamaqla) surətini təqdim etməlidir. 

Satıcı heç bir səbəb gətirməyərək Sifarişi ləğv edə bilər, o cümlədən Alıcı tərəfindən Sifarişin rəsmiləşdirməsi tarixindən 14 gün ərzində (faksla və ya elektron poçtla skan olunmuş sənəd şəklində) göstərilən sənədləri təqdim etməkdən imtina etsə və ya onların doğru olduğu şübhə doğursa. Sifarişin məbləği sahibinin kartına qaytarılır. 

5.5. Satıcı Alıcıya Mal üçün endirimlər təqdim etmək və bonus proqramını təyin etmək hüququ var. Endirimlərin növü, qaydaları və hesablama şərtləri Saytda göstərilib. 

5.6. Satıcı bu və ya digər ödəniş üsulunu və ya Malın çatdırılmasını irəliləmək məqsədi ilə endirimləri təyin etmək hüququna malikdir. 

6. Malın qaytarılması

6.1. Lazımi keyfiyyətli malın qaytarılması.

6.1.1. Alıcı, sifariş etdiyi Malın onun Çatdırma xidmətinə təhvil verilmədən imtina etmək hüququna malikdir. Mal çatdırıldıqdan sonra isə - alınma günü nəzərə alınmadan Alıcı Malı bir gün ərzində qaytara bilər. Lazımi keyfiyyətdə Malın qaytarılması onun əmtəə görünüşü, istehlakçı xüsusiyyəti, və həmçinin göstərilən Malın alınmasını və alınma şərtlərini təsdiq edən sənədlər saxlanıldıqda mümkündür. 

6.1.2. Mal fərdi-müəyyən xüsusiyyətlərə malik olduqda, yalnız onu əldə edən Alıcı tərəfindən istismar üçün nəzərdə tutulduqda - Alıcının lazımi keyfiyyətli Maldan imtina etmək hüququ ləğv edilir.

6.1.3. Alıcı Maldan imtina etdikdə, Satıcı qaytarılmış Malın dəyərini, qaytarılmış malın çatdırılma xərcləri istisna edilərək, Alıcıdan yazılı ərizə Satıcıya daxil edildiyi gündən 10 iş günü ərzində Alıcıya qaytarır.

6.1.4. Alıcının ərizə ilə müraciət etdiyi an üçün Satıcıda anoloji mal olmadıqda, Alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödənilən pul məbləğinin geri tələb etmək hüququ var. Satıcı lazımi keyfiyyətli malın qaytarıldığı və qaytarılması haqqında yazılı ərizənin aldığı günündən başlayaraq 10 iş günü ərzində ödənilmiş pul məbləğini qaytarmağa borcludur. 

6.2. Lazımi olmayan keyfiyyətdə malın qaytarılması.

6.2.1. Satıcı və ya İstehsalçı tərəfindən digər zəmanət müddəti və ya istismar müddəti göstərilmədikdə - lazımi keyfiyyətdə olmayan mal Alıcı tərəfindən alındığı gün nəzərə alınmadan 30 gün ərzində Satıcıya və ya İstehsalçıya qaytarıla bilər və ödənilmiş pul məbləğini geri qaytarılmasını tələb edə bilər. Alıcı həmçinin lazımi keyfiyyətdə olmayan malın əvəz edilməsini və ya çatışmazlıqları göstərilən müddət ərzində aradan qaldırılmasını tələb edə bilər. 

6.2.2. Alıcı müqavilədən imtina və mal üçün ödənilmiş pul məbləğinin geri qaytarılmasını tələb etdikdə Malın dəyəri Satıcı tərəfindən mal və Alıcının yazılı ərizəsi daxil olduğu gündən 10 iş günü ərzində Alıcıya qaytarılmalıdır.  

6.3. Pul vəsaitlərinin qaytarılması

6.3.1. Pul vəsaitləri Malın dəyəri ödənilən zaman Alıcı tərəfindən istifadə edilən üsulla geri qaytarılmalıdır. Geri ödənilməsi mümkün olmayan ödəniş sistemləri istifadə olunduqda və həmçinin Çatırma Xidmətinin kuryerinə nəğd ödəniş zamanı pul vəsaitləri nəğd olaraq Alıcıya qaytarılır.

6.4. Çeşid üzrə şərtlər Satıcı tərəfindən pozulduqda görülən tədbirlərin ardıcıllığı.

6.4.2. Əgər Alıcı Malın sifarişində sifariş verilən çeşiddə qeyri uyğunluğu aşkar etdikdə Alıcı göstərilən maldan imtina etmək, Sifarişdə nəzərdə tutulmuş çeşidli malla əvəzləmək və ya Malın qaytarılmasını və pul vəsaitlərinin geri ödənilməsini tələb etmək hüququna malikdir. 

6.4.3. Assortiment haqqında şərtləri pozulmuş və Alıcıya təhvil verilmiş Mal Satıcıya qaytarılmalıdır. Əgər həmin Mal Alıcı tərəfindən təhvil alınarsa, Satıcı Alıcıdan həmin Malın təhvil-təslimi zamanı Saytda bu Mal üçün Satıcı tərəfindən təyin edilmiş qiymətə bərabər məbləği tələb etmək hüququna malikdir. Əgər faktiki təhvil-təslim olunan Mal, təhvil-təslim zamanı Saytda Satıcının assorimentində yoxdursa, onda həmin Malın dəyəri Satıcı ilə razılaşdırılır. 

6.4.4. Assortiment üzrə Sifarişə uyğun olmayan Malın dəyişdirilməsi - tərəflərin Satıcının və ya Alıcının qarşılıqlı razılığı əsasında yeni Sifarişin, faktiki təhvil-təslim olunan malın qiyməti göstərilən ödəniş gösərilərək, rəsmiləşdirilməsi yolu ilə həyata keçirilir. 

7. Əqli mülkiyyət. 

7.1. Saytda göstərilən bütün mətn məlumatları və qrafiki rəsmlər Satıcının və/və ya onun kontraqentlərin mülkiyyətidir. 

8. Zəmanət və məsuliyyət

8.1. Saytda Sifariş olunan Malların düzgün olmayan istifadəsinə görə Alıcıya dəymiş zərərə görə Satıcı heç bir məsuliyyət daşımır. 

8.2. Satıcı Alıcı ilə münasibətdən irəli gələn hüquq və vəzifələrini üçüncü şəxslərə tapşırmaq və ya hər-hansı üsulla ötürmək hüququna malikdir. 

8.3. Alıcı sifariş verdiyi Malı sahibkarlıq fəaliyyəti üçün istifadə etməməyi öhdəsinə götürür. 

9. Konfidensiallıq və şəxsi məlumatların mühafizəsi.

9.1. Alıcı tərəfindən təqdim olunan məlumatlar:

9.1.1. Saytda qeydiyyatdan keçən zaman Alıcı aşağıdakı məlumatları təqdim edir: Soyadı, Adı, elektron ünvanı, Sayta daxil olmaq üçün parolu.

9.2. Alıcı Saytda qeydiyyatdan keçən zaman öz şəxsi məlumatlarını təqdim edərkən, onların Satıcı tərəfindən, o cümlədən Satıcı tərəfindən malların və xidmətlərin təşviqi məqslədləri ilə, onların emal edilməsinə razılıq verir. 

9.2.1. Əgər Alıcı onun şəxsi məlumatların emalına narazıdırsa, o Satıcının Alıcılarla iş üzrə xidmətinə müraciət etməlidir. Bu zaman Alıcıdan qəbul edilmiş bütün məlumat (o cümlədən loqin və parol) Satıcının Alıcılar bazasından silinir və Alıcı Saytda Sifariş verməkdən məhrum edilir. 

9.3. Alıcı tərəfindən təqdim edilən və Satıcı tərəfindən qəbul edilən məlumatların istifadəsi. 

9.3.1. Satıcı məlumatları aşağıdakılar üçün istifadə edir:

Alıcının Saytda qeydiyyatı üçün;

Alıcının qarşısında öz öhdəliklərin icrası üçün;

Saytın işinin qiymətləndirilməsi və analizi üçün;

Satıcı tərəfindən keçirilən aksiyalarda qalibin təyin edilməsi üçün.

9.3.2. Satıcı Alıcıya reklam-məlumat xarakterli ismarıcların göndərilməsi hüququna malikdir. Əgər Alıcı Satıcı tərəfindən ismarıcların alınmasını istəmirsə, o qeydiyyatın müvafiq tənzimləmələrini dəyişməlidir. 

9.4. Satıcı tərəfindən məlumatın açıqlanması:

9.4.1. Satıcı Alıcıdan qəbul etdiyi məlumatı açıqlamayacağını öhdəsinə götürür. Satıcı tərəfindən məlumatın , Alıcı qarşısında öhdəliklərin icra edilməsi üçün, Satıcı ilə müqavilə əsasında fəaliyyət göstərən aqentlərinə və üçüncü şəxslərə ötürülməsi öhdəliklərin pozulması hesab edilmir. 

9.4.2. Qanunla əsaslandırılmış və tətbiq edilə bilən tələblərinə uyğun məlumatların açıqlanması öhdəliklərin pozulması hesab edilmir. 

9.5. Satıcı "cookiestexnoloqiyasından istifadə etmək hüququna malikdir. "Cookies" məxfi məlumatları saxlamır və üçüncü şəxslərə ötürmür. 

9.6. Satıcı https://bakumarket.az Saytının istifadəçisinin ip-ünvanı haqqında məlumatı əldə edir. Həmin məlumat istifadəçinin şəxsi məlumatlarının təyin edilməsi üçün istifadə edilmir. 

9.7. Satıcı Alıcı tərəfindən ictimai formada (digər istifadəçilər görə biləcək formada) paylaşdığı məlumatlara görə heç bir məsuliyyət daşımır. 

10. Digər şərtlər

10.1. Satıcı və Alıcı arasında münasibətlərə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur. 

10.2. Alıcı tərəfindən suallar və pretenziyalar olduqda, o Satıcının Alıcılarla iş üzrə xidmətə telefon və ya Saytda yerləşdirilən Geri əlaqə forması vasitəsi ilə müraciət etməlidir. Bütün baş verə biləcək münaqişələr tərəflər arasında danışıqlar yolu ilə həll olunmağına üstünlük verilir. Tərəflərin qarşılıqlı razılaşması əldə olunmadıqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun məhkəmə orqanına ötürüləcək.  

10.3. Məhkəmə tərəfindən hazırki qaydaların hər hansı bir maddəsinin etibarsız hesab edilməsi digər maddələrin etibarsız hesab edilməsi kimi qəbul edilməməlidir. 

Mallar və xidmətlər

Malların müqayisəsi

Müqayisə üçün mal seçilməyib

Ziyarətçilər

Qonaq 2337
İstif. 0

GİRİŞ / QEYDİYYAT

Joomla! Debug Console

Session

Profile Information

Memory Usage

Database Queries