Hava şəraiti ilə bağlı bu gün və sabah üçün əhaliyə xəbərdarlıq edildi

Bu gün Bakıda və Abşeron yarımadasında anomal hava şəraiti müşahidə ediləcək, havanın temperaturu iqlim normasından 4-5 dərəcə yüksək olacaq.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bu gün cənub küləyinin əsməsi fonunda atmosfer təzyiqi aşağı enəcək.

Sabah isə atmosfer təzyiqinin qısa müddət ərzində kəskin tərəddüdü gözlənilir ki, belə tərəddüdlər də insan orqanizmi, xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən meteohəssas insanlar üçün çox zərərlidir.

U.Tağıyeva qeyd edib ki, oktyabrın 26-dan ölkə üzrə havanın temperaturu bu günlə müqayisədə 10-12 dərəcə enəcək.

Artıq sabah səhər saatlarından başlayaraq, ölkə ərazisinə soyuq hava kütləsinin daxil olduğu hiss ediləcək. Sabah Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək. Güclü külək oktyabrın 27-si səhərədək davam edəcək. Oktyabrın 27-də isə külək səngiyəcək, hava şəraitini nisbətən yüksək atmosfer təzyiqi təyin edəcək. Belə hava şəraiti isə meteohəssas insanlar üçün əlverişli olacaq. (Trend)

Soçidən dəhşətli görüntülər: Fövqəladə vəziyyət elan edildi – Video

Rusiyanın kurort şəhəri Soçi leysan yağışlarından sonra blokadaya düşüb.

Bizimyol.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, güclü yağıntılar şəhərdə və ətraf rayonlarda həyatı iflic edib.

Təbii fəlakət nəticəsində küçələri su basıb, bəzi bölgələr elektriksiz qalıb. Altı min insanın yaşadığı 3 rayonda 1,7 min evi su basıb, 300-dən çox sakin evakuasiya edilib. Bildirilir ki, yağıntılar ən çox Lazarevsk rayonuna ziyan vurub.

Rayonun 5 yaşayış məntəqəsində 27 evin həyətini su basıb. Məlumata görə, Volkovka rayonunda güclü yağış qaz borusunu sıradan çıxarıb. Nəticədə, 320 ev maye qazsız qalıb.

Eyni zamanda, Tuapse- Lazrevsk rayonları arasındakı körpü dağılıb, yağışlarla əlaqədar Soçidə, Тuapse və Apşeron rayonlarında fövqəladə vəziyyət elan edilib. Ümumilikdə hər üç yaşayış bölgəsində 1662 ev qazsız, 2720 ev isə elektrik enerjisiz qalıb.

Fəlakətin nəticələrinin aradan qaldırılmasına 700-dən çox insan və 150 ədəd texnika cəlb edilib.

 

MALLARIN MÜQAYİSƏSİ

Müqaisə üçün mal seçilməyib

ZİYARƏTÇİLƏR

Qonaq 1848
İstif. 0

SAYTIN STATİSTİKASI

  • Statistikanın tarixi: 2021-09-26
  • Ziyarət edilən səhifələrin sayı: 0
  • Ziyarətçilərin sayı: 0
  • Orta müddət: 0
  • 1 ziyarətçiyə düşən səhifə sayı: 0